Hindistanla Pakistan arasında müharibə başlayır? – Hər an faciə baş verə bilərbackend

Hindistanla Pakistan arasında müharibə başlayır? – Hər an faciə baş verə bilər

Nüvə dövlətləri olan Pakistan və Hindistan arasında münaqişə təhlükəsi bütün dünya ölkələrinin narahatlığına səbəb olub”.

KONKRET.az oxu.az-a istinadən bildirir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin rəhbəri Xavaca Asif “Sky News”a müsahibəsində bildirib.

“İki nüvə dövlətinin toqquşması həmişə narahatlıq doğurur. Əgər nəsə səhv getsə, bu qarşıdurma faciə ilə nəticələnə bilər”, – deyə qurum rəhbəri bildirib.

Nazir Pahalqamdakı terror aktından sonra iki ölkə arasında gərginliyin artması ilə əlaqədar Pakistan ordusunun Hindistanın istənilən hərəkətinə ölçülüb-biçilmiş cavab verməyə hazır olduğunu vurğulayıb.

Bununla belə, o, Pakistan və Hindistan arasında tammiqyaslı müharibənin başlama ehtimalını da istisna etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*