Keçmiş türk mühacir Dilan Yeşilgez-Zegerius Hollandiyanın baş naziri vəzifəsini icra edən ilk qadın ola bilər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hazırda Yeşilgez səsvermədə liderdir.
Yeşilgezin seçki kampaniyasında əsas üstünlüyü miqrant problemini həll edəcəyi vədi idi. O, miqrasiya ilə bağlı fikirlərini öz təcrübələrinə əsasən açıqlayır. Dilan üç yaşında ikən ölkədə baş verən çevrilişdən sonra valideynləri Türkiyədən qaçıblar. Bir neçə ildən sonra onlar İraq və İran vasitəsilə Hollandiyaya gəliblər.
Yeşilgezlə yanaşı, Ruttenin partiyasının lideri Frans Timmermans, keçmiş AB-nin iqlim məsələləri üzrə rəhbəri, anti-islam ritorikası olan partiyanın lideri Geert Vilders və mərkəzçi Peter Omtzig də baş nazir postu uğrunda mübarizə aparır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
