“Hraparak”: “Azərbaycan Ordusu mövqelərimizin 90 faizini ələ keçirib”backend

Hraparak”: "Azərbaycan Ordusu mövqelərimizin 90 faizini ələ keçirib"

“Azərbaycan Ordusu mövqelərimizin 90 faizini ələ keçirib”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazı dərc edib. Qəzet yazır ki, Azərbaycan Ordusu 8 km irəliləyərək Ermənistan ordusunun mövqelərinin 90 %-ni ələ keçirib.

“Cermukdan (İstisu – red.) bizə məlumat verilir ki, düşmən nəinki qüvvələrini geri çəkməyib, hər gün mövqelərini gücləndirir. Bu barədə bizə “Qara Pantera” dəstəsinin komandiri Serob Qasparyan məlumat verib.

“Cermuk indi təhlükədədir. Onlar hər an Cermuk şəhərini minaatanlarla yerlə-yeksan edə bilərlər. Cermukun “Gömer” adlanan hissəsindən cəmi 4 kilometr yuxarıda türklər oturub çox ağır tikinti işləri aparır, yollar çəkirlər, görün necə görünür.

Bütün xətt üzrə, bizim dəstəmiz olan bir nöqtə istisna olmaqla, düşmən irəliləməyib. Qalan yerlərdə onlar Ermənistan ərazisində səkkiz kilometrə qədər irəliləyiblər. Cermuk istiqamətində bütün strateji yüksəkliklər Azərbaycanın nəzarəti altındadır. Əsgərlərimizin tutduğu keçmiş mövqelərimizin 90 faizi hazırda azərbaycanlılardadır. Təxminən 15 mövqe itirdik. Bir, iki, üç, dörd, bəzən bir-birindən daha çox kilometr aralıdadır.

İstənilən müharibə zamanı əraziləri zəbt edəndə ilk növbədə və çox tez yollar çəkirlər. Məqsəd tez bir zamanda hərbi texnika və qoşunları həmin yolda hərəkət etdirməkdir. Bizim ərazilərdə insanlar piyada azuqə toplayır. Düşmən isə elə sürətlə, elə keyfiyyətdə yollar salır ki, hətta sərnişin maşınları ilə o dağları keçə bilərsən. Əsgərini düşünüb dəmir-betondan böyük həcmdə səngər qazırlar. Qarışqa kimi işləyirlər.

Hətta bu yaxınlarda bizim nəzarətimizdə olan postu götürüb öz postlarını gətirib, o təpənin üstünə qoyub oturdular. Əks-hücum olmadı, çünki yenidən atəş açmaq qadağan edildi”, – deyə qəzet yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*