Hulusi Akar Reznikovla “taxıl sazişi”ni MÜZAKİRƏ ETDİbackend

Hulusi Akar Reznikovla “taxıl sazişi”ni MÜZAKİRƏ ETDİ

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Oleksey Reznikov və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov arasında telefon danışığı baş tutub.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, tərəflər söhbət zamanı “taxıl sazişi” ilə bağlı vəziyyəti müzakirə edib.

Bildirilir ki, Hulusi Akar sazişin müddətinin uzadılmasının zəruriliyini qeyd edib.

Qeyd edək ki, Rusiya bir neçə gün əvvəl “taxıl sazişi”ndən çıxdığını elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*