Hulusi Akar zəlzələ bölgəsində – FOTObackend

Hulusi Akar zəlzələ bölgəsində – FOTO

Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan və 10 şəhərə təsir edən zəlzələdən sonra axtarış-xilasetmə, səhiyyə fəaliyyətləri ilə bağlı bölgədə intensiv işlər davam edir.

KONKRET.az xəbər verir ki, zəlzələdən dərhal sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər ​​və Quru Qoşunları komandanı general Musa Avseverlə birlikdə Hataya gələn müdafiə naziri Hulusi Akar 10 gündür burada aparılan işləri yaxından izləyir.

Şəhər mərkəzinə gələn və axtarış-xilasetmə qruplarından məlumat alan Akar, rəhbərlik etdiyi nazirliyin tabeliyində olan ASFAT AŞ tərəfindən şəhər mərkəzində qurulan üç səyyar mətbəxə baş çəkib. Gündəlik 10 min adama xidmət göstərəcək məkanlar bu gün xidmətə başlayacaq.

Səlahiyyətlilərdən işlərlə bağlı məlumat alan və müvafiq göstərişlər verən Akar 2-ci Sərhəd Alay Komandanlığına yollanıb.

Bakan Akar, Hatay'da - Son Dakika Haber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*