ICESCO-nun baş direktoru ermənilərin hərəkətini qeyri-insani əməl və faciə adlandırdıbackend

ICESCO-nun baş direktoru ermənilərin hərəkətini qeyri-insani əməl və faciə adlandırdı

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş rayonlarda tarixi və mədəniyyət abidələrinin vəziyyəti ilə tanış olub.

KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, İranın bəzi elektron KİV-i ICESCO -nun baş direktorunun Azərbaycan səfərini diqqətdə saxlayaraq xəbər dərc ediblər. İQNA və Qafqaz.ir saytlarında dərc olunan xəbərlərdə deyilir ki, Səlim bin Məhəmməd əl-Maliki erməni işğalından azad edilmiş Ağdam rayonunda XIX əsrin abidəsi olan Ağdam məscidinin vəziyyəti ilə maraqlanıb və dağıdılmış rayon muzeyinə baxıb.

Azərbaycan rəsmiləri ilə işğaldan azad olunan rayonlardakı tarix və mədəniyyət abidələrinin dağıntılarına baxdıqdan sonra ICESCO-nun baş direktoru ermənilərin hərəkətini qeyri-insani əməl və faciə adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*