İki məktəb yandırıldı – Makrona “dur” çağırışı səsləndibackend

İki məktəb yandırıldı - Makrona "dur" çağırışı səsləndi

Fransanın Hind-Sakit Okeandakı koloniyası Yeni Kaledoniyada zorakılıq davam edir.

KONKRET.az xəbər verir ki, paytaxt Noumeanın bələdiyyə sədri Sonia Laqard adada baş verən son hadisələrdən danışıb.

Onun məlumatına görə, adada iki məktəbin yandırılıb, bir məktəb isə talan edilib.

300 avtomobilin yandırıldığını bildirən Laqard adaya gələcək Fransa prezidenti Emmanuel Makronu Konqresi çağırmamağa çağırıb.

Yeni Kaledoniyaya kiberhücum

Mətbuatda yer alan xəbərlərə görə, dünən Yeni Kaledoniyaya qarşı misli görünməmiş kiberhücum edilib.

Ciddi ziyan vurmadan dayandırılan hücumun arxasındakı İP ünvanların əksəriyyətinin Rusiya mənşəli olduğu bildirilib.

Yeni Kaledoniyada Fransa hökumətinin yerli xalqın gücünü qıracaq konstitusiya islahatı təşəbbüsünə qarşı çıxan müstəqillik tərəfdarları mayın 13-dən etibarən hərəkətə keçib.

Fransa hökuməti adanın müxtəlif yerlərində, xüsusən də paytaxt Numeada şiddətin artmasının ardından bölgəyə polis və jandarm qüvvələri göndərməyə başlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*