İllər sonra açılan “Kurtlar Vadisi” sirri – Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDIbackend

İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI

“Kurtlar Vadisi Pusu” serialında Kazım Kaşifoğlu obrazını canlandıran aktyor Sedat Savtak qatıldığı televiziya proqramında rolu ilə bağlı diqqətçəkən məqamları bölüşüb. Aktyor canlandırdığı personajın real həyatdakı prototipindən çəkiliş prosesində xəbərsiz olduğunu bildirib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Türkiyədə Kaşif Kozinoğlu təhqiqatının yenidən gündəmə gəlməsi ilə bir dövrə damğasını vuran “Kurtlar Vadisi Pusu” serialındakı bəzi kadrlar və obrazlar dərhal diqqət mərkəzinə düşüb.

Serialda Kazım Kaşifoğlu obrazına həyat verən Sedat Savtak “CNN Türk” kanalında yayımlanan, Fulya Öztürkün təqdim etdiyi “Akıl Çemberi” proqramına qonaq olub. O, çəkiliş prosesi və obrazın hekayəsi barədə vacib açıqlamalar verib.

Layihəyə dəvət olunma prosesindən söhbət açan Sedat Savtak təklifin birbaşa istehsalçı heyətdən gəldiyini vurğulayıb:

“O şəxsləri elə o vaxt tanıdım. Mənə sadəcə bir obraz olduğunu, ekran işində nə qədər müddət yer alacağımı və xarakterin ümumi cizgilərini anlatdılar. Müqavilə bağlayıb işə başladıq. Biz aktyorlar obrazı ssenariyə uyğun şəkildə araşdırıb hazırlaşırıq. Mənə real həyatdakı Kozinoğlu haqqında heç bir məlumat verilməmişdi. Sadəcə xarakterin təsviri təqdim olundu, qalan hissəni çəkiliş meydançasında rejissorumuzla birgə formalaşdırdıq”.

Roluna hazırlaşarkən özünə xüsusi brifinq verilmədiyini diqqətə çatdıran Savtak əlavə edib:

“Rolu özüm oxuyub mənimsədim. Obraz məxfi dövlət işləri və yeraltı aləmlə təmasda olan bir tip idi. Ssenari çərçivəsində də xarakter həmin xətt üzrə davam etdi”.

Canlandırdığı Kazım Kaşifoğlu obrazının real həyatda MİT (Milli Kəşfiyyat Təşkilatı) əməkdaşı Kaşif Kozinoğlunu təmsil edib-etmədiyi ilə bağlı diskussiyalara da toxunan Savtak, çəkilişlər zamanı bundan xəbərsiz olduğunu qeyd edib:

“Bilmirdim, amma ssenarinin irəliləyən bölümlərində xarakterin fəaliyyət strukturunun MİT-lə bağlı olduğu aydınlaşırdı. Lakin onun MİT-dəki dəqiq mövqeyi ssenaridə nə yazılmışdısa, sadəcə ondan ibarət idi. Məhkəmə prosesi başlayanda və ya xəbərlər işıqlandırılanda qəzetlərdə bu cür müqayisələr, bənzətmələr aparıldı. O vaxtlar onların eyniləşdirilməsi mümkün deyildi. Oxuduğum ssenariyə əsasən bunun o olub-olmaması ağlıma gəlməmişdi, yaxın çevrəmdən də heç kim bu oxşarlığı diqqətimə çatdırmamışdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*