backend

İllər sonra parikini çıxardan Xalq artisti: "Allah yuxuda mənə dedi ki, özünü düzəlt..."

Birinci dəfədir açıqlamaq istəyirəm. Baxdım güzgüyə, dedim “Yox, Flora, belə olmayacaq”.

KONKRET.AZ xəbər verir ki, bunu illər sonra parikini çıxardan Xalq artisti Flora Kərimova “Zaurla Günaydın”da deyib.

Xanım sənətkar xarici görünüşündə ciddi dəyişikliyə hazırlaşdığını, bu məqsədlə əməliyyata girəcəyini bildirib:

“Gedirəm “operasiya”ya. Gedim özümü bir az düzəldim. Nəsimini bərbad hala salan Afət var e, o demişdi ki, “Yatdım yuxuda Nəsimini gördüm. Dedi ki, oxu mənim mahnımı”. Mən də yatdım, yuxuda bir də gördüm qurban olduğum Allah mənə deyir ki, “Mən səni belə yaratmamışam, belə də qəbul eləmirəm. Mən sənə 78 ildir dözürəm. Get özünü düzəlt, sonra gələrsən hüzuruma”. Beynimə düşüb, vəssəlam”.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*