İlnaz Qalyaviyev ömürlük həbs cəzası alıb.
KONKRET.az xəbər verir ki, məhkəmə İlnaz Qalyavievi Kazan gimnaziyasında kütləvi qətlə görə ömürlük həbs cəzasına məhkum edib.
Rusiya Federasiyasının İstintaq Komitəsi bildirib ki, məhkəmə onu iki və ya daha çox şəxsin ümumi təhlükəli üsulla qətlə yetirilməsi, partlayıcı maddələrin hazırlanması və saxlanması maddələri ilə təqsirli bilib.
2021-ci il mayın 11-də Qalyaviyev çox sayda gülləsi olan ov tüfəngi və partlayıcı qurğu ilə silahlanaraq Kazan şəhər 175 saylı gimnaziyasının şagird və müəllimlərinə hücum edib.
“Onun açdığı atəş və partlayıcı qurğunun işə düşməsi nəticəsində 7-si uşaq olmaqla 9 nəfər həlak olub. Ümumilikdə 600-dən çox şəxs zərərçəkmiş kimi tanınıb, onların arasında azyaşlılar da var”, – deyə agentlikdən bildirilib.
Cinayətin səbəbi Qalyavievin internetdən öyrəndiyi dağıdıcı subkulturanın qeyri-rəsmi nümayəndələrinin hərəkətlərini təqlid etmək istəyi olub.
Hərtərəfli psixoloji və psixiatrik ekspertiza Qalyaviyevin ağlı başında olduğunu və cinayət məsuliyyətinə cəlb olunduğunu müəyyən edib. O, günahını etiraf edib və əməlindən peşman olub.
Xuraman Etibarlı,
KONKRET.az
