İmişlidə zəlzələ oldubackend

İmişlidə zəlzələ oldu

Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub.

Zəlzələ hiss edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*