“İndi Ermənistanın Qarabağdan da böyük problemi var” – Ovannisyanbackend

"İndi Ermənistanın Qarabağdan da böyük problemi var" - Ovannisyan

İndi bizim Qarabağdan da böyük problemimiz var, düşmən Ermənistan ərazisindədir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

Ermənistanın Qarabağdan imtinası ilə bağlı suala xarici işlər nazirinin müavini cavab verib.

“Dəfələrlə qeyd olunub ki, biz bir neçə istiqamətdə danışıqlar aparırıq. Söhbət sülh müqaviləsindən, sərhədlərimizin delimitasiyasından, yol kommunikasiyalarının açılmasından, eləcə də Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyinin təmin olunmasından gedir.

Qarabağın “status”u məsələsinin artıq danışıqlar predmeti olmadığına gəldikdə, vəziyyətdə dəyişiklik olub. Əgər siz desəniz ki, Qarabağla bağlı danışıqlar var idi,  bu və ya digər variantla danışıqlar aparılırdı, onda qeyd etmək lazımdır ki, əvvəllər Azərbaycan Ordusu heç Cermuka, Sotka (Zod) və digər ərazilərə də girməmişdi. Deməli, Ermənistanın daha böyük problemi var  və onu hansısa yolla həll etmək lazımdır”, – deyə Ovvanisyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*