İnfiniti də Rusiyanı tərk edirbackend

İnfiniti də Rusiyanı tərk edir

İnfiniti-nin Rusiya ofisi Rusiya bazarından çıxdığını elan edib.

KONKRET.az xəbər verir ki, sosial şəbəkədəki rəsmi İnfiniti səhifəsində müştərilərə ünvanlanmış vida mesajı dərc olunub .

“Biz zəmanət şərtlərinə uyğun olaraq avtomobillərimizin bütün sahiblərinə xidmət dəstəyi göstərməyə davam edəcəyik. Və təbii ki, biz bütün rəsmi kommunikasiya kanalları vasitəsilə suallarınızı cavablandırmağa hər zaman hazırıq. Sizinlə vidalaşırıq”, – mesajda deyilir.

Yeni İnfiniti avtomobillərinin  Rusiyaya çatdırılması 2022-ci ilin martında dayandırılıb.

Bundan əvvəl Nissan Rusiya bazarından çıxdığını və Sankt-Peterburqdakı zavodunu  dövlətə məxsus FSUE NAMI şirkətinə satdığını elan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*