İngiltərədə karantin rejimi bu tarixdə bitəcəkbackend

İngiltərədə karantin rejimi bu tarixdə bitəcək

İngiltərədə koronavirusla bağlı noyabrın 5-dən tətbiq olunan karantin rejimi dekabrın 2-dən sonra uzadılmayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentdə çıxışında bildirib. Onun sözlərinə görə karantin rejimini oktyabrda tətbiq edilən üç mərhələli lokal məhdudlaşdırıcı tədbirlər sistemi əvəz edəcək.

Qeyd edək ki, hazırda İngiltərədə barlar, restoranlar, kafe və kinoteatrlar, salonlar, idman zalları və qeyri-ərzaq malları satılan mağazalar bağlıdır.Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*