Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövrəsi üzrə keçirilən test imtahanlarının I seansında yüksək nəticə göstərən müəllimlərin adları açıqlanıb.
KONKRET.az xəbər verir ki, imtahanda bir qrup müəllim maksimum nəticə – 60 bal toplayaraq ən yüksək göstəriciyə nail olub.
Bu nəticə onların həm ixtisas biliklərinin, həm də tədris metodikası üzrə hazırlıq səviyyəsinin yüksək olduğunu göstərir.
Maksimum nəticə əldə edən müəllimlər bunlardır:
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin ingilis dili müəllimi İlhamə Fərzəliyeva
Sədərək rayon Sədərək kənd tam orta məktəbin ingilis dili müəllimi Məhnurə Qarayeva
Babək rayon Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Əfruz Quliyeva
Babək rayon Şərabad kənd tam orta məktəbin ingilis dili müəllimi Xatirə Əhmədova
