İranda SEPAH karvanına silahlı hücum edildibackend

İranda SEPAH karvanına silahlı hücum edildi

İranın Sistan və Bəlucistan əyalətinin Rask bölgəsində SEPAH-ın bölgə komandirinin də olduğu 3 avtomobilə silahlı hücum olub.

KONKRET.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində SEPAH komandiri Mahmud Babani və onu müşayiət edən bir neçə hərbçi yaralanıb.

Komandirin Zahidan şəhərinin xəstəxanalarından birinə köçürüldüyü bildirilib.

Hələlik hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*