İnstaqram Kadırovların səhifələrini BLOKLADIbackend

İnstaqram Kadırovların səhifələrini BLOKLADI

“Çeçenistan rəhbəri Ramzan Kadırovun, eləcə də onun oğulları Axmat, Adam və Elinin İnstaqramda şəxsi hesabları bloklanıb”.

KONKRET.az xəbər verir ki, bu barədə respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat verib.

Bundan əlavə, Çeçenistan dövlət televiziya və radio şirkətinin “Qroznı”nın “YouTube” videohostinq saytındakı üç kanalı və Çeçenistan rəhbərinin bacısı oğlu Xamzat Kadırovun hesabı bağlanıb.

“Aydındır ki, kiçik Çeçenistan Respublikası xaricdəki “söz azadlığına” nəzarət edənlər arasında elə qorxu yaradır ki, onlar informasiya sahəsində həqiqətin səsini boğmağa çalışırlar”, – deyə Dudayev Telegram kanalında yazıb.

Onun sözlərinə görə, ABŞ və digər Qərb ölkələrinin bu cür hərəkətləri həqiqəti əks etdirən məlumat almağa çalışan çoxmilyonlu auditoriyanın hüquqlarını pozur.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*