İordaniya fələstinlilərin Qəzzadan çıxarılmasını pisləyirbackend

İordaniya fələstinlilərin Qəzzadan çıxarılmasını pisləyir

Fələstinlilərin öz torpaqlarından zorla köçürülmə cəhdləri İordaniyaya müharibə elanı kimi qiymətləndirilir.

KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İordaniyanın baş naziri Bişar əl-Xasaune deyib:

“Əmman həm Qəzza zolağından, həm də İordan çayının qərb sahilindən insanları çıxarmaq cəhdini hərbi təcavüz aktı kimi qiymətləndirəcək”, – deyə İordaniya hökumətinin başçısı aydınlıq gətirib.

Son sutka ərzində İsrailin müdafiə qüvvələri Qəzza zolağında HƏMAS-ın 450 hədəfinə raket zərbələri endirib.

Bundan əvvəl İsrail 48 saat ərzində Qəzzada döyüşlərə başlamağa hazır olduğunu bəyan edib. Ölkə hakimiyyəti HƏMAS döyüşçülərini məhv etməyi və hərbi infrastrukturu, xüsusən də yeraltı tunellər şəbəkəsini məhv etməyi planlaşdırır.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*