“İordaniya sionist rejimlə əməkdaşlıq edir” – İran rəsmisibackend

"İordaniya sionist rejimlə əməkdaşlıq edir" - İran rəsmisi  

“İordaniya hökumətinin İranın cavab hücumu zamanı öz hava məkanını İsrailə açması strateji səhv idi”.

KONKRET.az xəbər verir ki, bu sözləri İran parlamentinin yüksək vəzifəli deputatı Şəhryar Heydəri deyib.

İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədr müavini Mehr telekanalına müsahibəsində İranın İsrailə qarşı cavab hücumu zamanı İordaniyanın dağıdıcı rolundan danışıb.

“Bölgədəki müsəlman ölkələrinin Fələstin və Qəzzanın məzlum xalqına dəstək verməsi gözlənilir” deyən Heydəri İordaniya xalqının Fələstini tam dəstəklədiyi halda, İordaniya hökumətinin fərqli davrandığını bildirib.

“İordaniya ən azı səssiz qala bilərdi və ya İranın sionist rejimə qarşı qanuni müdafiəsini dəstəkləyə bilərdi. Lakin, təəssüf ki, sionist rejimlə əməkdaşlıq edir”, – deyə o qeyd edib.

Heydəri İordaniyanın bu addımının ABŞ və İsrailin təsiri altında olduğunu bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*