İranın planlaşdırdığı “İqtidar 1402” təlimində ən azı 200 hərbi helikopter iştirak edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə briqada generalı Kərim Çeşaka məlumat verib.
Onun sözlərinə görə, təlimlərdə İranın piyada, zirehli, raket və artilleriya qüvvələri də iştirak edəcək. Manevrlərə elektron müharibə və kibertəhlükəsizlik bölmələri də cəlb olunacaq.
Bildirilir ki, “İqtidar 1402” təlimi iki gün davam edəcək.
Qeyd edilir ki, təlimlər ölkənin mərkəzi bölgəsində yerləşən İsfahan əyalətində keçiriləcək.
Ariz Həsənoğlu,
KONKRET.az
