İqtisadiyyat üzrə Nobel mükafatı Harvard Universitetinin professoru Klaudiya Qoldinə təqdim edilib.
KONKRET.az xəbər verir ki, ona mükafat əmək bazarında gender uçurumunun anlaşılmasını inkişaf etdirdiyinə görə verilib.
Qeyd edək ki, Qoldin, İsveç Kral Elmlər Akademiyasının baş katibi Hans Ellegren tərəfindən Stokholmda elan edilən mükafatı alan üçüncü qadındır.
“Qadınların əmək bazarındakı rolunu başa düşmək cəmiyyət üçün vacibdir. Klaudiya Qoldinin qabaqcıl tədqiqatları sayəsində biz indi əsas amillər və gələcəkdə hansı maneələrin aradan qaldırılması lazım ola biləcəyi haqqında daha çox məlumat əldə edirik”, – İqtisadiyyat Elmləri Mükafat Komitəsinin sədri Yakob Svensson bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az
