İran bu halda İsrailə hücum etməkdən imtina edə bilər – ŞƏRT AÇIQLANDIbackend

İran bu halda İsrailə hücum etməkdən imtina edə bilər - ŞƏRT AÇIQLANDI

“Əgər BMT Təhlükəsizlik Şurası İsrail hakimiyyətinin hərəkətlərini, xüsusən də İran konsulluğuna hücumu pisləsəydi, İran cavab tədbirləri görməkdən imtina edərdi”.

KONKRET.az xəbər verir ki, İslam Respublikasının BMT-dəki Daimi Nümayəndəliyi X sosial şəbəkəsində vəziyyətin inkişafı ilə bağlı mümkün variantları elan edib.

Bəyanatda deyilir: “Əgər BMT Təhlükəsizlik Şurası sionist rejimin Dəməşqdəki diplomatik obyektlərimizə qarşı təcavüz aktını pisləsəydi və bundan sonra məsul şəxsləri məsuliyyətə cəlb etsəydi, İranın bu yaramaz rejimi cəzalandırması zərurətindən qaçmaq olardı”.

Qeyd edək ki, daha əvvəl “Bloomberg”in nəşr etdiyi yazıya görə, İsrail yaxın günlərdə İran və ya müttəfiqləri tərəfindən böyük bir hücuma məruz qalacaq. Bu, ABŞ kəşfiyyatının gəldiyi nəticədir. Qeyd olunub ki, Tehran İsrail ordusuna və hökumət obyektlərinə hücum etmək üçün yüksək dəqiqlikli raketlərdən və ya pilotsuz təyyarələrdən istifadə edəcək.

Xatırladaq ki, aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yanındakı binaya zərbələr endirib. Nəticədə İran konsulluğunun binası dağıdılıb və SEPAH bölməsinin komandirləri generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi məhv edilib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*