İran DİN: Seçkilər təhlükəsiz şəraitdə keçirbackend

İran DİN: Seçkilər təhlükəsiz şəraitdə keçir

“Bu ana qədər hesabatlar seçkilərin nizamlı və tam təhlükəsizlik şəraitində keçirildiyini göstərir. Ümid edirik ki, səsvermənin sonuna, həm də səslərin hesablanması və seçilmiş prezidentin elan edilməsinə  qədər bütün ölkədə eyni nizam və təhlükəsizliyin şahidi olacağıq”.

KONKRET.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi deyib.

O əlavə edib: “Kimin hansı siyasi cinahda olmasının fərqi yoxdur. Seçkidən sonra yaranacaq həssaslıqlara əsasən ifrat əməllərdən çəkinilməlidir”.

Xatırladaq ki, seçki prosesi 18.00-da tamamlanır. 14-cü prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkian və Səid Cəlili yarışır. Qalib İranın sayca 9-cu prezidenti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*