“İran Ermənistanı Azərbaycanın üzərinə “qısqırdır” – Paşinyanın təcili Tehrana getməsinin PƏRDƏARXASIbackend

“İran Ermənistanı Azərbaycanın üzərinə “qısqırdır” – Paşinyanın təcili Tehrana getməsinin PƏRDƏARXASI

Paşinyanın Soçi görüşündən dərhal sonra İrana səfər etməsi siyasi elitada birmənalı qarşılanmayıb. Nikolun Soçi həyəcanı hələ canından çıxmamış Tehrana “qaçması” bir çox qaranlıq mətləbləri üzə çıxarıb. Hazırda siyasi ekspertlər Ermənistan Baş nazirinin Soçi görüşünün nəticələri haqda İranı məlumatlandırmaq üçün Tehrana səfər etdiyi haqda fikirlər səsləndirirlər. Bu cür düşünmək üçün kifayət qədər əsaslar da mövcuddur. Paşinyanın səfərində ən önəmli məqam isə İrəvan və Tehranın Azərbaycana qarşı hansı təxribatçı addımlar atacağı ilə bağlıdır. Bunun tüstüsü isə yəqin ki yaxın vaxtlarda ortaya çıxacaq.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Qabil Hüseynli bildirib ki, Ermənistan İranla strateji əlaqələri daha da möhkəmləndirmək istəyir:

“Rəsmi İrəvan İran vasitəsi ilə Azərbycanı daha da sıxışdırmaq, eləcə də ticari-iqtisadi sahələrdə geniş xarakterli müqavilələr imzalamaq məqsədi güdür. Düşünürəm ki, “Soçi”dən sonra Paşinyanın İbrahim Rəisi ilə görüşə tələsməsi, üçtərəfli müzakirələrin nəticələri haqda ona məlumat verməsi ilə bağlıdır. Bu isə onu göstərir ki, Ermənistan İranın timsalında özünə yeni bir “ağa” tapıb. Nəticədə isə İran Ermənistandan həm hesabat tələb edir, həm də İrəvanı Azərbaycanın üzərinə “qısqırdır”.

Ona görə də Paşinyanın İrana getməsi hərbi-diplomatik səfər kimi qiymətləndirilməməlidir. Əksinə mahiyyətində fitnəkar niyyətlərin gizləndiyi bir səfər kimi xarakterizə edilməlidir. Məqsd isə bölgədə vəziyyəti gərginləşdirmək, Azərbaycan və Türkiyənin əleyhinə alyans qurmaqdan ibarətdir. Rusiya bu alyansa qoşulmasa da, İran və Ermənistanın yanında olduğunu biruzə verir”.

Qabil Hüseynli əlavə edib ki, Paşinyanın İrana səfərindən sonra bölgədə təxribatların olacağı ehtimalı çox böyükdür:

“Vətən müharibəsindən sonra əzgin və ölü vəziyyətdə olan Ermənistan Fransa, Rusiya və İran tərəfindən qızışdırılır. Bu da fitnəkar və terrorçu mahiyyətli bir dövlətin qəsbkar mövqedə dayanmasına səbəb olur. Üstəlik təkcə Zəngəzur dəhlizi deyil, Ermənistanın bütün sərhədləri İranın qırmızı xəttinə çevrilib. İran tərəfi əlində yeni bir “maşa” saxlayır və bundan Azərbaycana qarşı istifadə etmək niyyətindədir. Amma bunları praktikada həyata keçirmək o qədər də asan məsələ deyil və bəlkə də mümükünsüzdür”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*