Qırmızı dənizdə Husi qruplaşmasını dəstəkləyən İran Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi heç bir izahat verilmədən ortaya çıxıb.
KONKRET.az xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Əlborz” gəmisi hazırda Qırmızı dənizdədir. Gəmi artıq Bab əl-Məndeb boğazını keçib.
Tehrandakı hərbi komandanlıq esminesin Qırmızı dənizə yenidən yerləşdirilməsinin səbəblərini açıqlamayıb. Rəsmi olaraq gəminin ekipajı dəniz quldurlarına qarşı mübarizə və mülki gəmiləri qorumaq kimi ənənəvi vəzifəni həll etməyə davam edir.
Qeyd edək ki, hazırda Qırmızı dənizdə yeganə aktiv quldurlar İranın dəstəklədiyi Yəmən Husiləridir. Son zamanlar İsraillə müharibə bəhanəsi ilə Qırmızı dənizdən keçən gəmilərə hücum edən husilər İsrailin Eylat limanına gedən bütün gəmilərini ələ keçirəcəklərinə söz veriblər.
Husilərin hücumları nəticəsində zədələnən gəmilərin sayı artıq iyirmini keçib. Qırmızı dənizdə təhlükənin kəskin artması bir çox gəmiçilik şirkətlərini Süveyş kanalından keçən qısa marşrutdan imtina etməyə və gəmilərini Afrika ətrafında göndərməyə məcbur edib.
Vəli Həsənov,
KONKRET.az

Husilər quldur deyil.Yaxşısı deyin ki siz İzrail itlərisiz.