İran israilli milyarderin gəmisini vurub?backend

İran israilli milyarderin gəmisini vurub?

İsrailli milyarderə məxsus konteyner gəmisi Hind okeanında İrana məxsus PUA tərəfindən hücuma məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

Bildirilir ki, Malta bayraqlı gəmiyə beynəlxalq sularda olarkən “Şahed-136 pilotsuz təyyarəsi tərəfindən hücuma məruz qalıb”.

“Pilotsuz təyyarə partlayıb, gəmiyə ziyan dəyib, lakin onun heyətindən heç kim xəsarət almayıb. Biz vəziyyəti yaxından izləməyə davam edirik”,- deyə Pentaqon sözçü yerli KİV-ə deyib.

Gəmi  israilli milyarder İdan Oferin nəzarətində olan “Eastern Pacific Shipping” şirkətinə məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*