İran müharibəyə qoşulacaq – Savaşın coğrafiyası genişlənir – İLGİNC DETALLARbackend

İran müharibəyə qoşulacaq - Savaşın coğrafiyası genişlənir - İLGİNC DETALLAR

Yaxın Şərqdə davam edən müharibədə hər gün yüzlərlə dinc sakin həlak olur və qarşıdurma getdikcə daha amansız şəkil alır. Mütəxəssislərin proqnozuna görə, tezliklə quru əməliyyatlarına start verliəcək və müharibənin coğrafiyası daha da böyüyəcək.

Prosesləri KONKRET.az-a şərh edən hərbi ekspert Səxavət Məmməd bildirib ki, hələlik Yaxın Şərqdəki müharibə kontaktsız aparılır:

“Çünki müharibənin ilk günü yalnız HƏMAS İsrailin bir neçə şəhərinə və bir neçə hərbi bazasına quru əməliyyatları həyata keçirdi. Amma onlar geri oturdulandan sonra faktiki olaraq ərazidə kontaktsız əməliyyatlar aparılır. İsrail HƏMAS-ın mövqelərini daha çox aviasiyadan, raketlərdən atəşə tutur. HƏMAS isə eyni taktikadan istifadə edir və Təl-Əviv qarışıq bütün istiqamətlərə raket zərbələri endirir”.

Ekspert hesab edir ki, İsrailin quru əməliyyatlar keçirməsi gözlənilir. “Hətta bir neçə gündür bunun elanı da verilir. Amma İsrail quru əməliyyatlarının başlamasından ehtiyat edir. Çünki ordusunun əsas gücü, qüvvəsi aviasiyadır. Quru qoşunlarının isə nə qədər effektiv olacağı böyük ehtimalla şübhə altındadır. HƏMAS da əslində quru əməliyyatlarını gözləyir. Həmin ərazidə çoxlu sayda bunkerlər, tunellər, sığınacaqlar olduğuna görə İsrailin quru əməliyyatı çətin olacaq və onların ciddi itkilər verəcəyi ehtimal olunur. Quru əməliyyatları həyata keçirilərsə, proseslər daha da qəlizləşəcək və münaqişə daha geniş ərazini əhatə edəcək”.

Münaqişənin çoğrafiyasının genişlənmək ehtimalına da toxunan ekspert qeyd edib ki, bu gözləniləndir:

“Artıq Misir istisna olmaqla, digər ərəb ölkələri – Livan ərazisindəki Hizbullah, Yəməndəki husilər və İranın bəzi proksi qüvvələrinin müharibəyə müdaxilə etmək ehtimalı var. İsrail quru əməliyyatlarına start verərsə və orada məsələ uzanarsa prosesə başqa dövlətlər də qoşula bilər. Təbii ki, bu qoşulmalar da müharibənin coğrafiyasını son dərəcə genişləndirəcək. Və bundan sonra müharibə digər ölkələrin ərazilərinə də sıçraya bilər”.

İranın Yaxın Şərqdəki müharibədə rolundan danışan Səxavət Məmməd əlavə edib ki, İran bu müharibənin içərisindədir: “İran daha çox HƏMAS-a silah və texnologiya yardımı edir. İran burada proksi qüvvələrinin iştirakında maraqlıdır. İran birbaşa döyüşlərə girmək istəmir və İraqla sərhəddə qoşun yeritməklə məşğuldur. Proqnozlar onu göstərir ki, əgər İranla digər ölkələrin müharibəsi baş verərsə və ya İrana müdaxilələr başlayarsa, məhz İraq ərazisindən həyata keçiriləcək. İranın daxilində də vəziyyət fərqlidir. Ehtimal olunur ki, İran SEPAH-ı nüfuzdan salmaq üçün onları bu məsələyə cəlb etsin. İndiki məqamda İran prosesin hansı məcrada inkişaf edəcəyini gözləyəcək”.

Vəli Həsənov,

KONKRET.az

  • Sahib
    Oktyabr 21, 2023 - 06:55

    Yalan söhbətdi. İran özü yəhudi sionist şovinist fars devletidir. En çox yəhudi İran da yaşayır və qorunurlar mollalar tərəfindən. Əhli sünnəni (EHLAQ, əqidə əhli) ortadan götürməyə çalışırlar

Sahib üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*