“İrana müraciət edəcəyəm ki, Laçın dəhlizinin yenidən açılmasına müdaxilə etsin”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Böyük Kilikiya Evinin katolikosu I Aram İranın Livandakı səfiri Moctaba Amani ilə görüşüb.
Bir saata yaxın davam edən görüşdə iki məsələ müzakirə olunub. Səfir ölkəsinin həmişə Livanın yanında olduğunu və Livan erməni icmasının siyasi rolunun vacibliyini bildirib.
Patriarxın müraciət etdiyi ikinci məsələ Laçın dəhlizi olub. Onun uydurmalarına görə, üç həftədən bəri “125 min” erməni blokadada qalıb və gündəlik həyatın ən vacib elementlərindən məhrumdur”.
“Siyasi təhlilə girmək istəməzdim. Bu məqamda məsələ mahiyyətcə humanitar xarakter daşıyır. Ona görə də mən İran İslam Respublikasının müdaxiləsini vacib hesab edirəm. Başqaları susur. İran İslam Respublikasının humanitar müdaxiləsi, şübhəsiz ki, onun regiondakı roluna böyük töhfə verəcəkdir”, – patriarx deyib.
Amani patriarxın bu çağırışını ölkəsinin hakimiyyət orqanlarına çatdıracağına söz verib.
Xuraman Etibarlı,
KONKRET.az
