İranda 2 din xadimini öldürən məhbus EDAM EDİLDİbackend

İranda 2 din xadimini öldürən məhbus EDAM EDİLDİ

İranın Məşhəd şəhərində 2 din xadimini öldürməkdə və bir nəfəri yaralamaqda təqsirli bilinən məhbus edam edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rezevi-Xorasan əyalətinin baş prokuroru Qulaməli Sadiqi bildirib:

“Silahlı hücuma görə edama məhkum edilən Əbdüllətif Muradi bu gün Məşhəddəki Vəkil Abad həbsxanasında edam edilib”.

Qeyd edək ki, aprelin 5-də Məşhəddə İmam Rza türbəsində 3 din xadimi bıçaqlı hücuma məruz qalıb. Hücum edən şəxs hadisə yerində tutulub. Xəsarət alan din xadimlərindən ikisi həyatını itirib.

İran rəsmiləri bildirib ki, hadisəni ölkəyə qanunsuz daxil olan 21 yaşlı Özbəkistan vətəndaşı Əbdüllətif Muradi adlı ekstremist törədib. İyunun 7-də İnqilab Məhkəməsi tərəfindən ona ölüm hökmü verilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*