backend

İranda güclü zəlzələ: dağıntılar və ölənlər var - VİDEO

İranda güclü zəlzələ olub.

KONKRET.az İRNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın Hörmüzgan vilayətinin qubernatoru Mehdi Dosti deyib.

Onun sözlərinə görə, İranın cənubundakı Bəndər Xamirin şəhərinin Saex Xoş ətrafında 6,1 və 6,3 bal gücündə iki zəlzələ nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb.

Mehdi Duosti bildirib ki, dağıntıların böyük hissəsi zəlzələnin mərkəzinə yaxın olan Saex Xoşda baş verib.

İran dövlət televiziyası 49 nəfərin yaralandığını bildirib və Saex Xoşdakı yaşayış binalarının dağıldığını əks etdirən video görüntülər nümayiş etdirib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*