İranşəhr şəhərinin Xeyrabad kəndi yaxınlığında silahlı qarşıdurma baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Sistan-Bəlucistan əyalətinin polis rəisi Əhməd Tahiri baş verən silahlı toqquşmada bir polis zabitinin həlak olduğunu, daha üç zabitin isə yaralandığını açıqlayıb.
O, silahlı qarşıdurmanın oktyabrın 31-də baş verdiyini və öldürülən polisin xüsusi təyinatlı qüvvələrin zabiti Mohsen Rzayi olduğunu qeyd edib.
Polis rəisi silahlı etnik bəlucların terrorçu qruplaşmanın üzvü olduqlarını iddia etsə də, onların sayı və kimliyi barədə açıqlama verməyib.
