İran hakimiyyəti ölkənin şimalında yerləşən Gülistan əyalətində Hirkani adlı yeni neft yatağı kəşf edib.
KONKRET.az xəbər verir ki, bu barədə İranın iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi məlumat verib.
“İranın Neft Nazirliyi Hirkani yatağının açılması üçün çox səy göstərdi və bu səylər müsbət nəticələr verdi. “3 min metr dərinlikdə ən azı 27 milyon barel neft ehtiyatı müəyyən edilib və təsdiqlənib”, – nazir bildirib.
İranın neft naziri Cavad Ouci OPEK-in 8-ci Beynəlxalq Seminarı zamanı qeyd edib ki, ölkə neft və qaz hasilatını artırmağı planlaşdırır.
Nazirin sözlərinə görə, İran sutkada 3,8 milyon barel və 1 milyard kubmetrdən çox neft hasil edir.
Ariz Həsənoğlu,
KONKRET.az
