İranı Naxçıvan və Azərbaycanla birləşdirəcək Ağbənd körpüsünün tikintisinə başlanıldıbackend

İranı Naxçıvan və Azərbaycanla birləşdirəcək Ağbənd körpüsünün tikintisinə başlanıldı

İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə Araz çayı üzərində strateji əhəmiyyətə malik Ağbənd körpüsünün tikintisi üzrə beton qarışdırma işlərinə başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Ağbənd körpüsü Araz çayı üzərində İran, Naxçıvan və Azərbaycan arasında keçid keçidi kimi tikiləcək.

Azərbaycana səfər edən iranlı nazir Ağbənd körpüsünün tikintisinin açılış mərasimi ilə əlaqədar deyib: “Planlara görə, bu körpü bir ildən sonra tikilib istifadəyə veriləcək”.

Çay üzərində dəmir yolu körpüsünün tikintisi ilə bağlı iki ölkə arasında anlaşma memorandumu da imzalanacaq.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*