İranın Kiyevdəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb. Bildirilir ki, Kiyevdə kamikadze pilotsuz təyyarələrin güclü atəşə tutulmasından sonra İran səfirliyi yaxınlığında etiraz aksiyası keçirilib.
Etirazçılar İranı terrora dəstək verməkdə və ukraynalıları öldürməkdə ittiham ediblər. Mitinqdə onlarla insan iştirak edib. Fəallar İrandan Rusiyaya bu gün rus qoşunlarının Kiyevə hücum etdiyi “Şahed-136” kamikadze dronlarının satışını dayandırmağı tələb ediblər.
Ukrayna Xarici İşlər Nazirliyi isə kamikadze dron hücumlarından sonra İranı “Rusiya təcavüzünün şəriki” adlandırıb və İran hakimiyyətini Rusiyaya silah tədarükünü dayandırmağa çağırıb.
Xuraman Etibarlı,
KONKRET.az
