Netanyahudan İranın hücumu ilə bağlı ilk açıqlama: “Dəf edə bildik”backend

Netanyahudan İranın hücumu ilə bağlı ilk açıqlama: "Dəf edə bildik"

İsrailin baş naziri Benyamin Netanyahu İranın ölkəsinə zərbə endirməsindən sonra ilk dəfə açıqlama verib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazır.

Belə ki, Netanyahu X sosial şəbəkəsində qeyd edib:

“Biz müdaxilə etdik. Biz blokladıq. Birlikdə qalib gələcəyik”.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü kontr-admiral Daniel Həqari bildirib ki, İranın bir gecədə ölkəyə atdığı təqribən 300 raketin 99%-i hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Onun sözlərinə görə, İran 170 pilotsuz təyyarə və 30 qanadlı raket buraxıb, onlar ölkənin hava məkanına çatmayıb, İsrail və müttəfiq qüvvələri tərəfindən vurulub.

Bundan əlavə, İran İsrailə 120 ballistik raket atıb. Bəzi raketlər müdafiədən yan keçə bilib. Nəticədə ölkənin cənubundakı Nevatim aviabazasına düşüb. Bazanın infrastrukturuna cüzi ziyan dəyib.

Daniel Həqari həmçinin İraq və Yəməndən bir neçə pilotsuz təyyarə və raketin buraxıldığını, lakin onların İsrail hava məkanına daxil olmadığını bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*