İranın tarixi Yezd şəhəri və Ermənistanın Gümrü şəhəri qardaşlaşdı.
KONKRET.az Pars agentliyinə istinadən xəbər verir ki, Yəzd və Gümrü şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair sənədin imzalanması mərasimi onlayn şəkildə keçirilib və memorandum mübadiləsi elektron şəkildə baş tutub.
Videokonfransda Yəzd və Gümrü bələdiyyə sədrlərindən başqa, iki ölkənin səfirliklərinin yüksək vəzifəli şəxsləri də iştirak ediblər.
Qeyd edək ki, iki şəhər arasındakı münasibətlər Ermənistanın İrandakı səfirinin Yəzdə keçənilki səfəri zamanı müzakirə edilib.
Yeri gəlmişkən, Azərbaycanın tarixi şəhəri olan Gümrü paytaxt İrəvandan sonra Ermənistanın ən çox əhalisi olan şəhəri sayılır.
KONKRET.az
