İranlı qadınlara Neymarı izləməyə icazə verildibackend

İranlı qadınlara Neymarı izləməyə icazə verildi

Asiya Çempionlar Liqası çərçivəsində oktyabrın 3-də Braziliyanın məşhur futbolçusu Neymarın çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl Hilal” futbol klubu ilə İranın “Nessaci Mazenderan” futbol komandası üz-üzə gələcək.

KONKRET.az xəbər verir ki, Tehranın “Azadi” stadionunda keçiriləcək mühüm qarşılaşmada qadın futbolsevərlərə uzun müddətdən sonra tribunada olmaq imkanı yaradılacaq.

İran mətbuatında yer alan xəbərlərə görə, iranlı qadınlar “Əl Hilal” – “Nessaci Mazenderan” matçını stadionda izləyə biləcəklər. Ölkədə futbol matçları zamanı stadiona buraxılmayan qadınlar üçün son illərdə həyata keçirilən güzəştlər çərçivəsində 2500 qadına bilet satılacaq.

Bundan əlavə, matça 48 saat qalmış bilet satışlarına başlanacaq və cəmi 50 min tamaşaçının stadionu dolduracağı gözlənilir. İranlı qadınlar sonuncu dəfə 2022-ci ilin avqustunda “Azadi” Stadionunda futbol matçına baxmaq imkanı əldə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*