Sebastian Stan iranlı rejissor Əli Abbasinin “Tələbə” filmində gənc Donald Trampı canlandıracaq.
KONKRET.az xəbər verir ki, bu barədə Variety məlumat yayıb.
Rollarda Roy Kon rolunda Emmi mükafatı laureatı Ceremi Strong, İvana Tramp rolunda isə “Borat 2” filminin aktrisası Mariya Bakalova yer alacaq.
İnanılmaz personajlarla dolu film qaliblər və məğlublar tərəfindən müəyyən edilən mədəniyyətin mənəvi və insani dəyərini ortaya qoyur.
Filmin müəllifi “Otaqda ən yüksək səs: Parlaq, bombalı Rocer Ailes Fox News-u necə yaratdı və ölkəni parçaladı” kitabının müəllifi Qabriel Şermandır.
Qeyd edək ki, filmin icraçı prodüserləri Qrant Conson, Qabriel Şerman və Emi Baerdir.
Ariz Həsənoğlu,
KONKRET.az
