İraqda bir türk əsgəri həlak oldu, daha üç hərbçi yaralandıbackend

İraqda bir türk əsgəri həlak oldu, daha üç hərbçi yaralandı

Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyat zonasında 1 türk əsgəri həlak olub, daha bir neçə hərbçi yaralanıb.

Bu barədə KONKRET.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində daha 3 əsgər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib və müalicələrinə başlanılıb.

Türkiyə Milli Müdafiə Nazirliyi həlak olan əsgərin ailəsinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatnaı aprelin 18-də başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*