İrəvanda yenidən Rusiya əleyhinə mitinq keçirildi – VİDEObackend

İrəvanda yenidən Rusiya əleyhinə mitinq keçirildi - VİDEO

İrəvanda yenidən Rusiya əleyhinə mitinq keçirilib.

KONKRET.az xəbər verir ki, Ermənistanın Milli Demokratik Qütbü Rusiyaya qarşı payızın ortalarında başlayan silsilə aksiyalarını davam etdirir.

Bundan əvvəl bir neçə ay susqunluq nümayiş etdirən siyasi partiya məhz İrəvanla Moskva arasında münasibətlərin kəskinləşdiyi anda fəallaşıb.

Nikol Paşinyan Kremlin hərəkətlərini tənqid edən kimi Qütb nümayəndələri dərhal Ermənistan paytaxtının küçələrinə çıxıblar.

Bu gün təşkilatın bir neçə tərəfdarı yürüş edərək Rusiya səfirliyinin yerləşdiyi küçəyə dönüblər. Təxribatların qarşısını almaq üçün binaya xeyli sayda polis qüvvələri cəlb edilib.

Milli Demokratik Qütb tərəfdarları bir saata yaxın səfirlik qarşısında piket keçirib, Rusiya əleyhinə şüarlar səsləndiriblər. Dəfələrlə Rusiyanı “düşmən” və “satqın” adlandırıb və bir saat sonra yaxınlıqdakı Fransa səfirliyinə gediblər.

Aksiyanın məqsədi Azərbaycanla sərhəddə bu yaxınlarda fəaliyyətə başlayan Avropa müşahidəçilərinin texniki missiyasına dəstək nümayiş etdirməkdir.

Aksiyanın soyuğa görə tez başa çatıb, günorta İrəvanda temperatur selsi üzrə -2 dərəcəyə düşüb.

Qeyd edək ki, anti-Rusiya mitinqlər xüsusi olaraq təşkil edilir.

Ermənistanın Bever siyasi partiyası Rusiyanın Gümrüdəki hərbi bazasına qarşı etirazçılara paylamaq üçün 15 min dollar ayırıb. Bunu “Erməni qartalları – Vahid Ermənistan” partiyasının lideri Xaçik Asryan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*