İş adamının 35 yaşlı oğlu evində ölü tapıldıbackend

İş adamının 35 yaşlı oğlu evində ölü tapıldı

Türkiyənin Çorum şəhərində 35 yaşlı kişi evində ölü tapılıb.

KONKRET.az xəbər verir ki, meyiti tapılan şəxsin mərhum iş adamı Kadir Boztepenin oğlu Burak Boztepe olduğu müəyyən edilib.

Danişmendli məhəllə Bahabey küçəsində yaşayan 35 yaşlı Burak Boztepenin ölümü yaxınları və ətraf sakinlər arasında üzüntü ilə qarşılanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Aparılan ilkin araşdırma zamanı Boztepeyə məxsus mənzildə bir ədəd tapança aşkar edilib.

Prokurorluğun araşdırmasından sonra Burak Boztepenin cənazəsi ekspertiza aparılması üçün Hitit Universiteti Erol Olçok Təhsil və Araşdırma Xəstəxanasının morquna göndərilib.

Gəncin ölüm səbəbinin aparılacaq ekspertiza və istintaq tədbirlərindən sonra dəqiqləşdiriləcəyi bildirilir.\\nocomment.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*