İsrail daha 42 fələstinlini azad edəcəkbackend

İsrail daha 42 fələstinlini azad edəcək

İsrailin həbsxanalar idarəsi HƏMAS hərəkatı ilə razılaşma çərçivəsində azad ediləcək 42 fələstinli məhbusun siyahısını alıb və onların azadlığa buraxılması üçün hazırlıqlara başlayıb.

KONKRET.az xəbər verir ki, HƏMAS isə öz növbəsində noyabrın 25-də 14 nəfər girovu azad edəcək.

Qeyd edək ki, noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini – 24 qadını və 15 yeniyetməni azad edib. Bundan başqa, razılaşma şərtlərinə daxil olmayan 11 nəfər xarici vətəndaş da yəhudi dövlətinin həbsxanalarından azadlığa buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*