İsrailin əhalisi ilk dəfə olaraq 10 milyonu keçib.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail Mərkəzi Statistika Bürosu məlumat yayıb.
“Hazırda İsraildə 10 milyon 305 min nəfər yaşayır. Bunların 78.3 faizi (7.82 milyon) yəhudi, 21.7 faizi (2.17 milyon) isə ərəbdir. Ölkədə yaşayan əcnəbi vətəndaşların sayı isə 304 min nəfərdir.
İl ərzində əhalinin sayı təbii artım hesabına 1,2% artıb. Ölkədə bir ildə 182 000 doğum və 50 000 ölüm hadisəsi qeydə alınıb. Əhalinin ömür uzunluğu dünyada ən yüksək göstəricilər sırasındadır: kişilərdə 81.4 yaş (dünyada 7-ci), qadınlarda isə 85.9 (dünyada 8-ci)”, – məlumatda qeyd olunub.
