İsrail ehtiyatda olan əsgərlərini TƏRXİS ETDİbackend

İsrail ehtiyatda olan əsgərlərini TƏRXİS ETDİ

İsrail hərbi komandanlığı ehtiyatda olan hərbçilərin qismən tərxis olunduğunu elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari məlumat verib.

“Ehtiyatda olan bəzi əsgərlər bu həftə ailələrinə və işlərinə qayıdacaqlar. Bu, iqtisadiyyatın yükünü əhəmiyyətli dərəcədə yüngülləşdirəcək və bizə gələn il qarşıdan gələn hadisələr üçün güc toplamağa imkan verəcək, çünki hərbi əməliyyatlar davam edəcək və onlara hələ də ehtiyac olacaq”, – deyə o, departamentin saytında bildirib.

Qeyd edək ki, ümumilikdə İsrail 300 mindən çox ehtiyatda olan əsgəri səfərbər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*