“İsrail HƏMAS-ın döyüş qabiliyyətini ciddi şəkildə aşağı saldı” – IDFbackend

“İsrail HƏMAS-ın döyüş qabiliyyətini ciddi şəkildə aşağı saldı” - IDF

Qəzza zolağına hava hücumları davam edərkən, İsrail HƏMAS-ın döyüş qabiliyyətlərini ciddi şəkildə aşağı salıb”.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat verib.

İDF HƏMAS döyüşçülərinin yerləşdiyi binaya və qrupun üç mərtəbəli komanda mərkəzi də daxil olmaqla bir neçə döyüş-əməliyyat məntəqəsinə hücum etdiyini açıqlayıb.

İsrail Qəzza zolağına hava zərbələri endirib və yaraqlı qrupun görünməmiş qəfil hücumundan sonra Həmasa rəsmən müharibə elan edib. Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, 400-dən çox fələstinli həlak olub.

Qeyd edək ki, İsraildə ölənlərin sayının 700-ü keçdiyi bildirilir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*