“İsrail İranın hücumuna hazırdır” – Yoav Qalantbackend

"İsrail İranın hücumuna hazırdır" - Yoav Qalant

“İsrail İranın hücumu zamanı özünü müdafiə etməyə hazırdır və hücuma necə cavab verməyi bilir”.

KONKRET.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qalant deyib.

“Dünya Yaxın Şərqdə terrorçuların müvəkkillərini dəstəkləyən və maliyyələşdirən və İsraili hücumla hədələyən İranın əsl üzünü görür. Biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edərək quruda və havada özümüzü müdafiə etməyə hazırıq və necə cavab verəcəyimizi bilirik”, – deyə müdafiə naziri bildirib.

Xatırladaq ki, CBS telekanalı iki amerikalı rəsmiyə istinadən xəbər vermişdi ki, İran aprelin 12-də İsraili vura bilər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*