İsrail ordusu HƏMAS-ın silah anbarlarını məhv edibbackend

İsrail ordusu HƏMAS-ın silah anbarlarını məhv edib

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a məxsus beş silah anbarına zərbələr endirib.

KONKRET.az xəbər verir ki, həmin obyektlərdə Kalaşnikov avtomatları, partlayıcı qurğular, tank əleyhinə raket kompleksləri və müxtəlif sursatlar saxlanılırmış. İsrail hərbçilərinin məlumatına görə, bu arsenal dinc sakinlərə və “sarı xətt” rayonunda fəaliyyət göstərən hərbi qulluqçulara qarşı hücumların həyata keçirilməsi üçün nəzərdə tutulubmuş.

Ordunun mətbuat xidmətindən vurğulayıblar ki, əməliyyat başlamazdan əvvəl mülki əhali üçün risklərin minimuma endirilməsi məqsədilə bir sıra tədbirlər görülüb.

Xüsusilə, ilkin hava kəşfiyyatı aparılıb, dinc sakinlər əvvəlcədən xəbərdar edilib və hədəflərin məhv edilməsi üçün yüksək dəqiqlikli silahlardan istifadə olunub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*