İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları gecə saatlarında Suriyanın Hələb şəhəri yaxınlığında (Dəməşqdən 360 km məsafədə) bir neçə hərbi obyektə raket zərbələri endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Livanın “Naharnet” portalı xəbər yayıb.
Məlumata görə, təyyarələr Əs-Safira bölgəsindəki müdafiə zavodlarına və silah anbarlarına, eləcə də Hələbin kənarındakı tədqiqat mərkəzinə hücum edib.
Yanvarın 2-də Əs-Suveyda əyalətindəki Xəlhal hərbi aerodromuna hava hücumu həyata keçirilib. Dəməşqdən 20 km cənubda yerləşən keçmiş Suriya ordusunun 90-cı zirehli briqadasının bazası da bombalanıb.
Suriyada keçid hökuməti hakimiyyətə gələndən bəri İsrail Ərəb Respublikasının 13 vilayətində hərbi obyektlərə 400-dən çox hava hücumu həyata keçirib.