İsraildə 4 Azərbaycan əsilli şəxs həlak oldu – YENİLƏNİB – ADLARbackend

İsraildə 4 Azərbaycan əsilli şəxs həlak oldu - YENİLƏNİB - ADLAR

İsraildə HAMAS-ın hücumları nəticəsində həlak olan Azərbaycan əsilli şəxslərin adları məlum olub.

XİN-dən KONKRET.az-a verilən xəbərə görə, həlak olanlardan Elkin Nəzərovun ikili vətəndaşlığı olub.

O, dünən Kıryat Yamda dəfn edilib.

Digər üç nəfər Şamil Abbasov, Emin Axundov və Roman Qandel isə İsrail vətəndaşlarıdır.

***

11:38

HAMAS-ın hücumları nəticəsində İsraildə 4 Azərbaycan (yəhudi) əsilli şəxs həlak olub.

Bu barədə KONKRET.az-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

XİN rəsmisinin sözlərinə görə, onlardan yalnız birinin Azərbaycan vətəndaşlığı var.

Ayxan Hacızadə qeyd edib ki, həlak olanlar orada dəfn olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*