İsrailin MESAJI: “İranın nüvə obyektləri hədəf olmayacaq”backend

İsrailin MESAJI: "İranın nüvə obyektləri hədəf olmayacaq"

“İsrail Müdafiə Qüvvələri (IDF) İranın nüvə obyektlərinə hücum etmək niyyətində deyil”.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kanalın materialında deyilir: “İsrail İrandakı nüvə obyektlərinə hücum etməyəcək”. CNN ABŞ rəsmisinə istinadən xəbər verir.

Qeyd edək ki, aprelin 14-nə keçən gecə İran, Suriya və Livan İsrailə raket və pilotsuz təyyarələrlə hücum edib. Bundan sonra Təl-Əviv Tehrana cavab planlaşdırmağa başlayıb. Lakin ABŞ yəhudi dövlətini bu cür hərəkətlərdən çəkindirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*